Millimizin üzvünün komandası Polşa çempionatında 6-cı oldu
Polşa çempionatında 2021/2022 mövsümünə yekun vurulub.
Sportline.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) sonuncu turda doğma meydanda "Stal"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Krivotsyuk bu görüşdə iştirak etməyib Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, Plotsk təmsilçisi çempionatı 48 xalla mövsümü 18 komanda arasında 6-cı pillədə başa vurub. A. Krivotsyuk başa çatan mövsümdə 16 oyunda 2 qol vurub.