Millimiz Serbiya seçməsinə qalib gəldi

Futzal üzrə milli komandamız Serbiya seçməsi ilə yoldaşlıq görüşü keçirib.

Sportline.az xəbər verir ki, Zrenjanin şəhərindəki “Kristal Zal”da serbiyalı futzalçılarla qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.