Millinin baş məşqçisi açıqlandı
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi təyin olunub.
Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, Ukrayna Futbol Federasiyası onunla 2026-cı ilədək müqavilə imzalayıb.
Rebrov bu vəzifəni müvəqqəti icra edən Ruslan Rotanı əvəzləyib.
Qeyd edək ki, Rebrov bundan əvvəl "Dinamo" Kiyev, "Əl-Əhli" "Ferensvaroş" və "Əl-Əyn" komandalarını çalışdırıb.