Millinin baş məşqçisi məsələsinə aydınlıq gətirilir

AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Sportline.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yayılıb. Noyabrın 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək iclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq.

Xatırladaq ki, millinin müqavilə müddəti dekabrda bitən baş məşqçisi Robert Prosineçki ilə əməkdaşlığa son qoyulması qərara alınıb.