Millinin ən çox qol vuran futbolçusu öldü

"Karabükspor"un və Yamayka millisinin sabiq futbolçusu Luton Şelton vəfat edib.

Sportline.az xəbər verir ki, keçmiş hücumçu 35 yaşında dünyasını dəyişib. Dağınıq skleroz xəstəliyi ilə mübarizə aparan futbolçu üç il əvvəl danışıq qabiliyyətini və əzələ kütləsinin əhəmiyyətli hissəsini itirib.

Şelton 2011-2013-cü illərdə "Karabükspor"un formasını geyinib. O, 2004 - 2013-cü illərdə Yamayka yığmasında 75 oyuna çıxıb və 35 qol vurub. Forvard Yamayka millisində ən çox qol vuran futbolçudur.