Millinin futbolçusu həlak oldu
Türkiyənin "Konyaspor" klubunun futbolçusu Ahmet Çalık həlak olub.
Sportline.az xəbər verir ki, 28 yaşlı müdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən oyunçu 8 dəfə Türkiyə millisinin formasını geyinib. 2017 - 2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.

