Millinin futbolçusu "Turan Tovuz" yolunda
Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Əliyev karyerasını “Turan Tovuz”da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Şamaxı” ilə yolları ayrılan təcrübəli müdafiəçi ilə bu komanda maraqlanır.
Türkiyəyə yollanmaq ehtimalı da olan futbolçunu Ayxan Abbasov “Turan Tovuz”a dəvət edib.
Futbolçunun yeni mövsümdən Qərb klubunda oynamaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, “Sumqayıt” da Şəhriyar Əliyevin xidmətində maraqlıdır.