Millinin hücumçusu "Napoli"də

"Napoli" növbəti transferi həyata keçirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi "Sassuolo"dan Cakomo Raspadorini heyətinə qatıb.

22 yaşlı forvard 2023-cü ilin yayına qədər icarə əsasında “Napoli”də çıxış edəcək.

Qeyd edək ki, İtaliya millisinin üzvü yığmada 13 oyuna 3 qol vurub.