Millinin kapitanı "Verder"də

Qvineya millisinin kapitanı Nabi Keyta karyerasını "Verder"də davam etdirəcək.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Liverpul"un sabiq futbolçusu yeni klubla azad agent statusunda anlaşıb.

"Verder" xüsusi komandadır. Klubun fəlsəfəsi məni qane edir. Mən düzgün addım atmışıam" -, deyə Keyta bildirib.

Qeyd edək ki, afrikalı futbolçu "Liverpul"la İngiltərə çempionu, İngiltərə kuboku, Çempionlar Liqası və Klublararası dünya çempionatının qalibi olub.