Millinin oyunu təxirə salındı

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində mayın 26-da Küveytin U-23 komandası ilə yoxlama oyunu keçirməli idi.

Sportline.az xəbər verir ki, sözügedən oyun təxirə salınıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Küveyt milli komandasının Bakıya səfərinin baş tutmaması səbəbindən oyun baş tutmayacaq.