Millinin rəqibi müəyyənləşib
Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
AFFA-nın mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, təmsilçimiz Latviya yığması ilə qarşılaşacaq.
Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 25-də Belarus, iyunun 10-da isə Macarıstan ilə Bakıda yoldaşlıq görüşü keçirəcək