Millinin sabiq üzvü əməliyyat olundu
"Kəpəz"in zədəli futbolçusu Cavid İmamverdiyev əməliyyat olunub.
Sportline.az xəbər verir ki, millinin sabiq üzvü Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə cərrahi əməliyyat keçirib.
Sağ diz oynağında menisk yırtığından əziyyət çəkən yarımmüdafiəçi bir müddət idi ki, komandanın məşqlərindən kənarda qalmışdı.
