Millinin sabiq üzvü klubundan ayrıldı

Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanov Belarus çempionatı ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, o, "Slaviya Mozır" klubundan ayrılıb.

2021-ci ildən Mozır təmsilçisinin formasını geyinən 30 yaşlı futbolçu meydana az çıxdığına görə bu qərara gəlib. 

Qeyd edək ki, Azərbaycan millisində 26 oyun keçirmiş R. Qurbanov “Rostov”, “Neftçi”, “Sumqayıt”, “Hayduk”(Split), “Qəbələ”, “Səbail”, “Keşlə” və “Zirə” klublarının da şərəfini qoruyub.