Millinin üzvü məğlubiyyəti kənardan izlədi
Milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya" Ukrayna kubokunda mübarizəni dayandırıb. Sportline.az xəbər verir ki, sözügedən komanda 1/8 finalda Kiyev "Dinamo"sunu qəbul edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib əlavə vaxtda müəyyənləşib. Burada daha 2 qol vuran "Dinamo" yekunda 3:2 hesabı ilə qələbə çalaraq növbəti mərhələyə yüksəlib. Pavel Paşayev görüşü ehtiyat oyunçular skamyasından izləyib.