Millinin yeni rəqibi müəyyənləşdi

Milli komandanın Antalyadakı təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, söhbət Kosovo seçməsindən gedir. Bununla bağlı AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Görüş fevralın 2-də nəzərdə tutulub. 

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Antalyada Moldova ilə üz-üzə gələcək. Fevralın 2-də isə Gürcüstanla oyun nəzərdə tutulmuşdu. Lakin sonradan qonşu ölkənin xahişi ilə bu görüşün başqa vaxta keçiriləməsi qərara alınıb.