Mirabdulla Abbasovun yeni klubu bilindi
"Neftçi" ilə yolları ayrılan Mirabdulla Abbasovun yeni klubu məlum olub.
Sportline.az xəbər verir ki, o, karyerasını "Səbail"də davam etdirəcək. Tərəflərin 1 illik razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, Mirabdulla Abbasov daha əvvəl icarə əsasında "Səbail"in formasını geyinib.