Miroslav Kloze: "Mahir Emreli bizə başqa klublardan təklif aldığını bildirib"
"Mahir Emreli bizə başqa klublardan təklif aldığını bildirib".
Sportline.az xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.
O, 27 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalının olduğunu gizlətməyib:
"Mahirin başqa klubların maraq dairəsində olduğunu bilirik. Bu məsələni necə həll edəcəyimizi düşünürük. Onunla uzun-uzadı danışıqlar aparmışıq. Özüm futbol oynamışam, "transfer pəncərəsi" açıq olduqca, hər oyunçuya təklif gələ bilər. Mahir özü də bizə təklifinin olduğunu söyləyib. Lakin rəsmi bir şey yoxdur".
46 yaşlı mütəxəssis M.Emrelinin "Dinamo"dan (Zaqreb, Xorvatiya) "Nürnberq"ə transferindən sonra onunla xüsusu proqramlar çərçivəsində çalışdığını bildirib:
"O, komandaya yeni gələndə çox yaxşı ünsiyyətimiz oldu və xüsusi məşqlər etdik. Bir müddət sonra yaxşı formaya düşdü və qarşılaşmalar zaman üstün performans sərgilədiyini söyləyə bilərəm".
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə transfer olunan Mahir Emreli Cənubi Koreyanın "Seul" klubunun diqqət mərkəzindədir.