MOİK-in baş məşqçisi: "Danışılmış oyun söhbəti məndən əvvəl olub"

I Divizionda çıxış edən MOİK-in 7 futbolçusunun danışılmış oyunlara görə cəzalandırılması barədə xəbər vermişdik.

Sportline.az saytına açıqlama verən Mərkəzi Ordu İdman Klubunun baş məşqçisi Qəzənfər Abbasov məsələyə belə münasibət bildirib: "Mən 2023-cü ilin yanvarından komandanı çalışdırıram. Danışılmış oyun söhbəti məndən əvvəl olub. Daha dəqiq desək, bu xoşagəlməz hadisə 2022-ci ilin dekabrında Azərbaycan kuboku çərçivəsində keçirilən MOİK- "Səbail" matçına (0:4) aiddir. Bu hadisə qətiyyən yolverilməzdir. Tövsiyə edirəm ki, futbolçular ədalət naminə belə şeylərdən uzaq olsunlar".

Həmin qalmaqallı oyunun görüntülərini təqdim edirik: