"Monako" PSJ-nin oyunçusu ilə maraqlanır

PSJ-nin yarımmüdafiəçisi Danilo "Monako"nun transfer radarına düşüb.

Sportline.az France Football-a istinadla xəbər verir ki, parislilər futbolçu ilə yolları ayırmaq niyətindədir. Yarımmüdafiəçi ilə daha əvvəl "Əl-İttihad" klubunun maraqlandığı, lakin danışıqların uğursuz nəticələndiyi bildirilib.

Ötən mövsüm paytaxt klubu ilə 34 oyuna çıxan Danilo aktivinə 1 qol və 1 asist yazdırıb. Oyunçu 2015-ci ildən Portuqaliya millisinin üzvüdür. 

Qeyd edək ki, PSJ ilə 2025-ci ilə qədər müqaviləsi olan Danilonun transfer dəyəri 8 milyon avrodur.