Moreno "Monako"dan getdi

“Monako” baş məşqçisi Robert Morenonun istefaya göndərilməsini rəsmən açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı yaşlı mütəxəssisin istefası ilə bağlı lazımi prosedurların həyata keçirilməsinə başlanılıb.

Bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunan ispaniyalı mütəxəssisin klubla müqaviləsi 2022-ci ilə qədər idi. Komanda onun rəhbərliyi altında 13 oyuna çıxıb, 5 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.

Xatırladaq ki, “L’Equipe” nəşri "Monako"ya Xorvatiya millisi və “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçın baş məşqçi təyin ediləcəyini yazıb.