Mourinyo Avrokuboklarda ilk dəfə finalda məğlub oldu
Joze Mourinyo Avrokubokların finalında ilk dəfə məyus olub.
Sportline.az xəbər verir ki, "Roma"nın baş məşqçisi "Sevilya"ya uduzmaqla ilkə imza atıb.
Mourinyo bunadək 5 finalın hamısında qələbə qazanıb. Portuqaliyalı mütəxəssis 2 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Liqası və 1 dəfə UEFA Konfrans Liqasının qalibi olub.