Mourinyo: "Hakim, deyəsən, ispan idi"

Joze Mourinyo "Roma"nın Avropa Liqasının finalında "Sevilya"ya penaltilər seriyasında uduzmasını ədalətsizlik adlandırıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hakim haqsızlığından şikayətlənib: “Dedim ki, ya meydanı kubokla tərk edəcəyik, ya da öləcəyik. Fiziki olaraq ölənə qədər oynadıq. Elə ruhən də öldük. Çünki bir çox mübahisəli epizodlara görə ədalətsiz məğlubiyyət oldu. Həmişə deyirəm ki, matçı uduzmaq olar, amma heç vaxt ləyaqətini və peşəkarlığını itirməyəsən. Beş avrokubok finalında qalib gəlmişəm. Mən bunu itirdim, amma evə heç vaxt olmadığı kimi qürur hissi ilə qayıdacağam. Hakim, deyəsən ispan idi. Çox haqsızlıq oldu. Lamela ikinci vərəqə almalı idi, amma almadı".

Banner