Mourinyo özündən çıxdı, baş hakimə qarajda pusqu qurdu

“Roma”nın “Sevilya”ya penaltilər seriyasında uduzduğu Avropa Liqasının finalında hakimlik edən Entoni Teylorun idarəçiliyi Joze Mourinyonun xoşuna gəlməyib.

Sportline.az xəbər verir ki, mətbuat konfransında ədalət qoruyucusunu sərt tənqid edən Mourinyo bununla kifayətlənməyib.

Oyundan sonra stadionun qarajında Entoni Teylora pusqu quran Mourinyonun videosu yayılıb. Videoda Mourinyonun hakimə söyüşlə dolu "Bu, *** biabırçılıqdır!" deməsi eşidilir.

Portuqaliyalı mütəxəssis Çempionlar Liqasında "Çelsi" - "Barselona" arasında qalmaqallı matçdan sonra Didye Droqbanın Tom-Henninqə dediyi təhqir dolu sözləri təkrarlayıb.