Mourinyodan "Roma"ya şərt

Joze Mourinyo "Roma"nın yeni müqavilə təklifinə hələ cavab verməyib.

Sportline.az xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşdə şərt irəli sürüb. Əgər "Roma" Çempionlar Liqasına vəsiqə qazansa, o zaman Mourinyo klubla yeni müqavilə imzalayacaq. 

A Seriyasında 6-cı pillədə olan "Roma"nın ÇL-na vəsiqəni təmin etmək üçün yalnız bir yolu var. Avropa Liqasının finalında "Sevilya"nı məğlub edib, birbaşa ÇL-na gedişi təmin etmək.

Avropa Liqasının finalı 31 mayda keçiriləcək.

Banner