Mourinyo yeni klubunda ən çox qazanan 3-cü baş məşqçi olacaq

İsmail Kartal ilə yollarını ayıran "Fənərbağça" baş məşqçi postuna Jose Morinyonu təyin edib.

Sportline.az xəbər verir ki, "Fənərbağça" ilə illik 20 milyon avro maaş qarşılığında müqavilə bağlayan Jose Mourinyo , Dieqo Simeone və Pep Quardioladan sonra ən çox qazanan 3-cü baş məşqçi olacaq.

Portuqaliyalı mütəxəssisin yaxın günlərdə İstanbula gəlib rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 61 yaşlı çalışdırıcı son olaraq 2021-ci ilin iyun ayından 2024-cü ilin yanvarına qədər "Roma"ya rəhbərlik edib.