Mövsümün ən yaxşı baş məşqçisi seçildi
"Roma"nın baş məşqçisi Klaudio Ranyeri azarkeşlərin səsverməsi ilə İtaliya A seriyasının 2024/25 mövsümü üzrə ən yaxşı çalışdırıcısı seçilib.
Sportline.az xəbər verir ki, 73 yaşlı italiyalı mütəxəssis "Napoli"dən Antonio Konteni geridə qoyub.
Qeyd: Ranyerinin rəhbərliyi altında "Roma" çempionatda 19 oyunda 14 qələbə qazanıb, 5 heç-heçə edib. "Canavarlar" hazırda A seriyasının turnir cədvəlində 5-ci yerdə gedir.