Mövsümün sonu "Spartak"ı tərk edəcək
Moskva "Spartak"ının kapitanı Giorgi Cikiya mövsümün sonu komandadan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi İnstaqram hesabı məlumat yayıb.
30 yaşlı rusiyalı müdafiəçi 2017-ci ildən paytaxt klubunun şərəfini qoruyur.
Cikiya "Spartak Moskva" ilə 1 dəfə Rusiya Premyer Liqasını, 1 dəfə Rusiya kubokunu, 1 dəfə isə Rusiya Superkubokunun qalibi olub.
Qeyd edək ki, "Spartak' heyətində 214 oyuna çıxan futbolçunun aktivində 5 qol, 11 asist var.