Mudrik “Çelsi”dən ayrılacaq

“Çelsi”nin ukraynalı futbolçusu Mixaylo Mudrik mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” klubunun rəhbərliyi Mudriki satmaq qərarına gəlib. Mudrik üçün “Çelsi” bütün təkliflərə açıqdır.

“Çelsi” 23 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Mudrikin “Çelsi” ilə müqaviləsi 2031-ci ilin iyunadək nəzərdə tutulub.