Murad Musayev "Kransodar"da gələcəyi haqqında danışıb

"Krasnodar"ın baş məşqçisi Murad Musayev  yeni müqavilə ilə bağlı sualı cavablandırıb. 

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 40 yaşlı mütəxəssis "Dinamo" ilə oyundan (1:0) sonra verdiyi müsahibədə "Müqavilə imzalayanda deyəcəm. Yaxın günlərdə rəhbərliklə danışacağıq. Orada hər şey aydınlaşacaq” fikirlərini səslənirib.

Xatırladaq ki, Murad Musayevin "Krasnodar"la müqaviləsi iyunda başa çatacaq.

Qeyd edək ki, təcrübəli mütəxəssisin may ayının sonlarında baş məşqçi postuna təyin olunduğu "Krasnodar" RPL-da mövsümü 56 xalla 2-ci pillədə tamamlayıb.