Murov Az Terminal" "Gənclər" kollektivi ilə qarşılaşıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə "Gənclər" kollektivi ilə üz-üzə gələn "Murov Az Terminal" rəqibini 3:1 hesabı ilə üstələyib.
Qarşılaşma "Murov Az Terminal"ın idman zalında keçirilib.
Qeyd edək ki, daha əvvəl keçirilən oyunlarda "Ordu" "Azərreyl"i (3:1), "Neftçi" isə "Xilasedici"ni (3:0) üstələyib.