Musa Qurbanlının durumu bəlli olub

"Qarabağ"ın zədəli futbolçusu Musa Qurbanlının durumu bəlli olub.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, dizindən zədələnən 24 yaşlı hücumçu üçün artıq mövsüm başa çatıb. "Musanın dizində zədəsi var. Həkimlər müalicəsinə başlayıb. 2-3 həftə müalicəsi davam edəcək. Sonra məşqlərə başlaya biləcək".

Xatırladaq ki, Musa Qurbanlı Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"la ötən gün keçirilən oyunda zədələnərək əvəzlənmişdi.