Musiala Virtsi fərqləndirdi: "Həzz alırıq"

Bundestimin yarımmüdafiəçisi Camal Musiala millidə həmkarı Florian Virtslə oynamasından danışıb

Sportline.az xəbər verir ki, Musiala mətbuat konfransında Virtslə bir-birlərini çox yaxşı başa düşdüklərini bildirib.

“Biz meydanda həmişə əylənirik. Biz birlikdə yaxşı tandem yaratmışıq. İkimiz də sadəcə olaraq bir-birimizlə oynamaqdan həzz alırıq”, – deyə Musiala açıqlama verib.

Qeyd edək ki, Camal Musiala klub olaraq "Bavariya"da, Florian Virts isə "Bayer"də (Leverkuzen) oynayır.