"Nant" Bakıya gəldi
"Qarabağ" sabah Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində "Nant"la qarşılaşacaq.
Sportline.az xəbər verir ki, Fransa təmsilçisi artıq Azərbaycandadır. Komandanı gətirən təyyarə dünən gecə saatlarında Bakıya eniş edib.
Bu gün saat 17:15-də "Nant"ın baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı olacaq. Saat 18:00-da isə komanda oyunöncəsi son məşqini həyata keçirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Nant" görüşü sabah saat 20:45-də başlanacaq.