"Nant"ın Bakı planı

"Nant"ın Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la Bakıda keçirəcəyi oyunla bağlı səfər proqramı məlum olub.

Sportline.az xəbər verir ki, Fransa təmsilçisi bu gün paytaxtımıza gəlir. Komandanı daşıyan şəxsi təyyarə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Bildirilir ki, komanda görüşdən dərhal sonra Fransaya qayıdacaq.

Bu, Avropa Liqasının 2022/23 mövsümündəki ən uzaq səfər hesab olunur. Ölkələr arasındakı məsafə 4,118 km-dir.

"Nant"ın baş məşqçisi Antuan Kambuare sabah saat 17:15-də mətbuat konfransı təşkil edəcək. 18:00-da isə Liqa 1 klubu oyundan öncə son məşqini keçirəcək.

Qeyd edək ki, sentyabrın 15-i Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Nant" qarşılaşması saat 20:45-də başlayacaq.