"Napoli"dən 6 cavabsız qol

İtaliya A seriyasında 18-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, bu gün "Napoli" öz meydanında "Fiorentina"nı qəbul edib. Görüş Cennaro Qattuzonun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 6:0.

"Napoli" - "Fiorentina" - 6:0
Qollar:
 İnsinye, Demme, 36, Lozano, 38, Zielinski, 45, İnsinye, 72, Palitano, 89

"Napoli" bu qələbə ilə xallarını 34-ə çatdıraraq 3-cü pilləyə yüksəlib. "Fiorentina" 18 xalla 14-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 40 xalla "Milan" başçılıq edir.