Naqelsman şərtlərini açıqladı

"Bavariya"dan istefaya göndərilən Yulian Nagelsman karyerasını İngiltərədə davam etdirə bilər. 

Sportline.az "Independent"ə istinadən xəbər verir ki, Yuliyan Naqelsman "Tottenhem" klubunu çalışdırmağa razıdır.

Lakin, almaniyalı mütəxəssis transfer edəcəyi oyunçuları özünün son razılığı ilə gerçəkləşdirmək istədiyi bildirilir.

Qeyd edək ki, "Tottenhem" Ingiltərə Premyer Liqasında 53 xalla 5-ci pillədə qərarlaşır.