Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib

Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

Sportline.az xəbər verir ki, bununla bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.

Qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidentidir.

AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.