NBA Makqreqorun növbəti qalmaqalını ört-basdır etməyə çalışıb
NBA və "Mayami Hit" klubunun yaşadığı son qalmaqalda Konor Makqreqoru dəstəklədiyi üzə çıxıb.
Sportline.az sports.ru-ya istinadla xəbər verir ki, bu haqda Konorun NBA-nın oyunu zamanı tualetdə zorladığı iddia olunan qadının vəkili məlumat yayıb: "Həmin vaxt orada olan mühafizəçilər "Mayami" klubu tərəfindən tutulmuş işçilərdir. Onlar qadını müdafiə etmək əvəzinə məşhur şəxsin əməlini ört-basdır etməyə çalışıblar" - deyə, vəkil bildirib.
O, həmçinin NBA-nın zərərçəkmiş qismində şikayət edən qadına 100 min dollar təklif etdiyini də vurğulayıb.