Ndombele rəsmən "Napoli"də

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, A Seriyası təmsilçisi “Tottenhem”dən Tanquy Ndombeleni icarəyə götürüb. Bu barədə İtaiya klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayına qədər “Napoli”də çıxış edəcək. Neapol təmsilçisi mövsümün sonunda fransalı futbolçunun transfer hüquqlarını ala bilər.