Nəbiyevin komandası uduzdu

Çexiya 2-ci divizionunda 29-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) səfərdə "Mas Taborsko" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Fərid Nəbiyev bu matçda iştirak edib. O, komandası hesabda geridə olarkən 76-cı dəqiqədə meydana daxil olub.

"Viktoriya" hazırda 15 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu-16-cı pillədə qərarlaşıb.