"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək
Azərbaycan Premyer Liqasının XXIII turunda bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
"Report"un məlumatına görə, qarşılaşma saat 19:00-da start götürəcək.
Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.
Günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.
Azərbaycan Premyer Liqası
III dövrə, XXIII tur
16 fevral
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”
Qeyd edək ki, ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.