"Neftçi" futbolçusu ilə müqaviləni pozdu
“Neftçi” klubu futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.
Sportline.az xəbər verir ki, cənubi azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, "Neftçi"yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyuna 1 qol vurub.