"Neftçi" hücumçusu ilə yollarını ayırıb

“Neftçi” klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb.

Sportline.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Təcrübəli forvarda xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2015-2016 və 2017 - 2022-ci illərdə ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.