"Neftçi" - "Qarabağ" görüşünün vaxtı bilindi

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən öncəki turun görüşləri üç günü əhatə edəcək.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Noyabrın 8-dəki “Neftçi” – “Qarabağ” matçı saat 15:00-da başlanacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
 

IX tur
6 noyabr (cümə)
“Sabah” – “Zirə”

“Bank Respublika Arena”, 16:00
 

7 noyabr (şənbə)
“Səbail” – “Sumqayıt”

“ASCO Arena”, 16:00
 

“Keşlə” – “Qəbələ”
“ASK Arena”, 14:00
 

8 noyabr (bazar)
“Neftçi” – “Qarabağ”

“Bakcell Arena”, 15:00