"Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb
Azərbaycan Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda 4500 bilet satılıb.
Qeyd edək ki, qarşılaşma fevralın 16-da, saat 19:00-da start götürəcək.