"Neftçi" "Sabah"a uduzdu
Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha 1 matç keçirilib. "Sabah" "Neftçi"ni qəbul edib. Oyun "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Sabah" turnir cədvəlində vahid lider olub.
Qeyd edək ki, turun digər iki görüşü avqusun 21-də oynanılacaq.
20 avqust (şənbə)
20:30. “Sabah” – “Neftçi” - 2:1
Qollar: Yusuf Laval, 45+2 (0:1), Aleksey İsayev, 78 pen. (1:1), Emmanuel Apeh 90+1 pen (2:1)
Qola çevrilməyən penalti: Kristian Sebalyos, 37
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Bank Respublika Arena”.