"Neftçi" "Slaviya" ilə qarşılaşacaq
"Neftçi" Antalya toplanışı çərçivəsində Bolqarıstanın "Slaviya" komandası ilə qarşılaşacaq. SportLine.az xəbər verir ki, bu barədə məlumatı "Slaviya" klubu yayıb.
"Ağ-qaralar"ın bu görüşü yanvarın 25-nə planlaşdırılıb. Əvvəl açıqlanan proqramda "Neftçi"nin həmin gün Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets” komandaları ilə qarşılaşacağı bildirilmişdi. İndiki vəziyyətdə isə rəqiblərdən birinin dəyişəcəyi dəqiqləşib. Bunun hansı komanda olacağı hələ bilinmir.
Qeyd edək ki, Bakı klubu Antalyaya ayın 17-də yollanacaq.