"Neftçi" "Sumqayıt"a qarşı

Azərbaycan Premyer Liqasında "Neftçi" bu gün "Sumqayıt"la üz-üzə gələcək.

Sportline.az xəbər verir ki, XXIV turun açılış oyunu saat 19:00-da start götürəcək.

"Neftçi Arena"da gerçəkləşəcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Paytaxt təmsilçisi hazırda 24 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərartlaşıb.

Azərbaycan Premyer Liqası

III dövrə, XXIV tur

21 fevral

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”

Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq.