"Neftçi"də son durum açıqlandı
"Neftçi" komandasının zədəli futbolçuları Azər Salahlı ilə Sezar Meza Kollinin durumu açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında məlumat verib.
Baş həkim Salahlının ayağından əməliyyat olunduğunu xatırladıb: "O, 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacaq. Meza Kollinin isə reabilitasiya dövrü başlayıb. Başqa zədəli oyunçumuz yoxdur".
Zöhrablı "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur matçında əzələsində spazm aşkarlanan Azər Əliyevin durumunun yaxşı olduğunu və komanda ilə məşqlərə qatıldığını söyləyib.
Qeyd edək ki, "Neftçi" bu gün V turda "Sumqayıt"ı qəbul edəcək. "Bakcell Arena"dakı oyun saat 20:30-da başlanacaq.