"Neftçi"də yeni baş məşqçi
Futzal üzrə Yüksək Liqanın iddialı komandalarından olan "Neftçi" idman klubunda baş məşqçi dəyişikliyi olub.
Sportline.az Fanat.Az-a istinadla xəbər verir ki, Bakı təmsilçisinin rəhbərliyi çempionatı 3-cü pillədə başa vuran komandanın nəticəsindən razı qalmayaraq baş məşqçi İlkin Hacıyevlə yollarını ayırmağa qərar verib.
Artıq "ağ-qaralar"ı çalışdıracaq məşqçinin kimliyi də bəllidir. "Neftçi" Fuad Rzayevlə 1+1 illik anlaşıb. Təcrübəli mütəxəssis saytımıza açıqlamasında xəbəri təsdiqləyib.
Qeyd edək ki, Yüksək Liqanın qalibi "Araz-Naxçıvan" olub. İkinci yeri isə "Baku Fire" tutub. "Neftçi" İK ölkə kubokunda da yarımfinalda uduzaraq mübarizəni dayandırıb.